skip to Main Content
Elektron ünvan: info@ryla.az

Rotary, yer üzündə dostluq və xoş niyyətin qurulmasına kömək etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını yaymaq üçün dünya miqyasında təşkilatlanmış bir xidmət qurumudur. Rotary nin əsas devizi, “Özündən Əvvəl Xidmət ” anlayışıdır. Bu anlayış bütün Rotaryanların əsas devizi olub, dünya miqyasında insanları ortaq məqsəd çərçivəsndə bir yerə toplayır. Rotary Klub üzvlərinin profili, olduqları bölgə və ölkədəki təmsil edilən iş və peşələrin bir təzahürü olmaqdadır. Klubun hər üzvü fərqli bir peşəni təmsil edir. Rotary-nin təşkilatlanma forması problemlərin həllinə yönələrək düşünülən fikirlərin, cəmiyyətin hər fərdinin qavraya bilməsi və xidmətin cəmiyyətin bütün təbəqələrini əhatə edə bilməsi üçündür. Qısaca olaraq Rotary, dörd təməl prinsipdən ibarət olmaqla təşkilatlanır:

  • Üzvlər arasında dostluğu möhkəmlətmək – möhkəmləndirmək,
  • Xidmət etmə niyyətini çox yaxından araşdırmaq,
  • Xidmət devizini şəxsi həyatımıza tətbiq etmək,
  • Qarşılıqlı anlayış və beynəlxalq əlaqələri inkişaf etdirmək.

Azərbaycanda iki Rotary klub fəaliyyət göstərir: Bakı Xəzər Rotary klubu və Bakı Beynəlxalq Rotary klubu

RYLA (Rotary Youth Leadership Awards) dünya Rotary Klubları tərəfindən təşkil edilən Liderlik proqramıdır.Dünyada ilk RYLA 1959-cu ildə Avstraliyada baş tutub. Azərbaycanda RYLA 2014-cü ildən etibarən keçirilir. Bu il RYLA 19-21 aprel tarixlərində Ramada hoteldə (Şixov) keçiriləcək. Hər il minlərlə gənc bu layihəyə qoşulmaqdadır. Rotary Klubları və həmin klubların bağlı olduğu bölgə komitəsi layihə ilə bağlı bütün xərcləri qarşılayır. Azərbaycanda da Bakı Xəzər Rotary və Bakı Beynəlxalq Rotary Klubları hər il mütəmadi olaraq bu layihənin uğurla həyata keçirilməsinə səy göstərir.

RYLA-nın məqsədi:

  • Rotary-nin gənclərə hörmət və ehtiramını nümayiş etdirir;
  • Seçilmiş gəncləri və Potensial liderləri effektiv təlimlə təmin edir;
  • Gənclər tərəfindən gənclərin liderliyini təşviq edir;
  • Cəmiyyətə xidmət göstərən Gənc insanları tanıyır.

RYLA proqramı aşağıdakı əsas mözvzuları əhatə edir:

  • Liderliyin əsasları
  • Liderlik Etikası
  • Effektli Liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi
  • Problemlərin həlli və münaqişələrin idarə olunması
  • Rotarynin məqsədi və cəmiyyətə xidmət
  • Özünə güvən və özünə hörmət yaratma
  • Cəmiyyətin və qlobal vətəndaşlığın elementləri
2019 © Sayt ODIN AGENCY tərəfindən hazırlanmışdır.
Back To Top